Rus dilini öyrənmək istəyən dostlara.


Azərbaycanda ciddi informasiya qıtlığı yaşanır. Mən bunu yorulmadan hər yerdə hər zaman deyirəm. Bəlkə də, çoxu bezib. Amma bu reallıqdır və bununla barışmaq yox, mübarizə aparmaq lazımdır. Bizim silahımız dil silahı olmalıdır. Bir fərd olaraq informasiya qıtlığı yaşamamaq üçün gərək ana dilimzdən başqa heç olmasa bir dil də öyrənək,bilək. Bizə yaxın olan dil türk dilidir və onu çoxu asanlıqla öyrənir. Filmlər,seriallar, mahnılar,kitablar çoxuna türk dilini öyrənmək üçün kömək olur. İkinci dil ingilis və rus dilləridir,ki onları öyrənmək bir az çətin olsa da , lakin çox kömək ola bilər. Səbəblər sadədir, həm bu dillər dünyada ən çox işlənilən dillərdən biridir, həm də Azərbaycanda bir çox iş yerlərinə işçi qəbul etməmiş onlardan bu dilləri tələb edir və ən əsas da informasiya sarıdan bolluqdur.

Düzü ingilis dilini yaxşı bilmirəm, demək olar ki, heç bilmirəm. Amma rus dili ikinci ana dilim kimidir. Ona görə düşündüm ki, bildiklərimi bloquma yerləşdirim və asan dildə bu dili sizə sevdirməyə və daha sonra öyrətməyə çalışım. Audio yazı da yerləşdirəcəm,çünki bu dildə bəzi hərflər,bəzi sözlər tam başqa cür səslənir və düşündüm ki audio yazı sizə kömək olacaq və işinizi asanlaşdıracaq.

İlk öncə öyrənmək istəyənlərə məsləhətim odur ki, yaxşı olar ki iki dəftər ayırasınız. Biri lüğət biri isə qayda dəftəri.

Sxem təxmini belədir. Mən sizə hər dəfə bir qayda başa salacam. Daha sonra bir-iki çalışmanı ev tapşırığı kimi verəcəm. Gələn dərsdə ilk olaraq ev tapşırığını edəcəm ki, daha aydın olsun və səhvlərinizi görəsiniz. Və ən əsas da sözlər verəcəm öyrənməyə.

Nə dərəcədə kömək olacam bunu zaman göstərəcək.

Suallarınız və təklifləriniz varsa şərh bölməsinə yaza bilərsiniz.

İndi isə keçək ilk dərsimizə.

İlk öncə alfavitə nəzər salaq:

Аа [a] ,   Бб [be],    Вв [ve],    Гг [qe],    Дд [de],    Ее [ye],     Ёё [yo],     Жж [je],

Зз[ze],      Ии [i],      Йй [iyh],  Кк [ka],   Лл [el],     Мм [em],   Нн [en],    Оо [o],

Пп [pe],  Рр [er],   Сс [es],      Тт [te],     Уу [u],     Фф [ef],      Хх [xa],     Цц [tse] –bizim dildə belə bir hərfin və səsin olmamasına baxmayaraq, çoxu [ç] yerinə bu səsi çıxarır J-,

Чч [çe],    Шш [şa],    Щщ [ yumuşaq şa],    ъ [tvyordıy znak-heç bir səs çıxarmır],

ы[ı],         ь [myaqkiy znak-önündə olan hərfi yumuşaldır.],

Ээ [e],      Юю [yu],          Яя [ya].

Rus dilində:

                      33 hərf  var.

                      /                 \                        \    

        10 sait              21 samit                Ъ (tvyordıy znak)  , Ь   (myaqkiy znak)

                                                                       Bu hərflər heç bir səs vermir və sözlərdə qrammatik rol oynayır. Onlar haqda daha ətraflı bir aza yazacam.

 

                                         42 səs var.

                                        /                \

                  6 sait səs                              36 samit səs.

 

Sait hərflər (гласные буквы) :  а , о , у , ы , э  [ qalın saitlər (твердые гласные) ]

я , ё , ю , и , е [ incə saitlər (мягкие гласные)  ]

Sait səslər: [а] [о] [у] [ы] [э] [и].

Samit hərflər cütlü və cütsüzlərə bölünür @qeyd! ilk yazdığım samitlər cingiltili, ikincilər isə kar (cingiltisiz) samitlərdir :

-         Cütlü (парные): [б] — [п] ,  [в] — [ф], [г ] — [к],  [д] — [т ], [ж] — [ш] [з] — [с]

-         Cütsüz qalın(həmişə qalın) – (непарные твёрдые (всегда твёрдые) ) : [ж] [ш] [ц];

-         Cütsüz incə (həmişə incə) – (непарные мягкие(всегда мягкие) ): [ч] [щ] [й]

-         Cütsüz cingiltili (həmişə cingiltili) – (непарные звонкие (всегда звонкие)): [л] [м] [н] [р]

-         Cütsüz kar(həmişə kar)-(непарные глухие(всегда глухие)): [х] [ц] [ч] [щ]

Bu səslər fışıltılı (шипящие) səslərdir J : [ж] [ш] [ч] [щ].

 

Yadda saxlamaq!:

Ъ Ь  hərfləri heç bir səs bildirmir. Az öncə qeyd etdiyim kimi bu hərfllər sırf qrammatik rol oynayır.

Ъ (Tverdıy znak ) — bu hərfə həm də “разделительные твёрдый знак” deyilir, yəni “ayıran”. Bunun səbəbi var. Adətən bu hərf sözlərdə hərfləri bir birindən ayırmaq üçün işlənilir. Məsələn:

Объяснить – anlatmaq, başa salmaq.  və обяснить- rus dilində belə bir söz yoxdur. Əgər bu hərf (б) ilə (я) –nın arasında olmasa söz mənasını itirir.  – @qeyda :udio yazıya qulaq asın.

Ь  (myaqkiy znak) – bu hərf isə sözlərdə yumşaldıcı rol oynayır. Və bəzən bu hərfə də “разделительный мягкий знак” deyilir. Çünki bu hərf də bəzi sözlərdə həm yumşaldıcı həm də ayırıcı rolu oynayır. Məsələn:

Семья- ailə, və Семя- toxum- arasında məna  və oxunuş fərqi var. @qeyd!  : audio yazıya qulaq asın.

Öyrəniləcək sözlər @qeyd!: həm yazılışı həm oxunuşu öyrənmək. :

Дождь- Yağış

Гора- Dağ

Кора- Qabıq (ağacın qabığı)

Дрова-  Odun

Трава- Ot

Зуб- Diş

Суп- Sup

Лук-  Soğan, Ox

Стрела-  Ox

Луг- Çəmənlik

Полка-  Rəf

Палка- Çubuq

Брат- Qardaş

Сила- Güc

Замирать- Donub qalmaq

Ряд- Sıra

Потерять- İtirmək.

Свет- İşıq.

İndi isə “ev tapşırığı”  J:

  1. Переведите слова. Указать, какие звуки служат  для различения следующих пар слов. — Sözləri tərcümə edin . Aşağıdakı söz cütlüklərini ayırmaq üçün istifadə edilən səsləri göstərin.

Гора-кора, трава-дрова, зуб-суп, лук-люк, полка-полька, брат-град, сила — села, замирать-замерять, рад-ряд, потирать — потерять.

About these ads
Детали

Человек, который пытается стать человеком.

С метками: ,
Опубликовано в Azərbaycan ( Азербайджан ), Qarışıq (Разные), Rus dilini öyrənmək istəyən dostlara.
81 comments on “Rus dilini öyrənmək istəyən dostlara.
  1. Super! Təşəkkürlər!
    Sadəcə səs yavaş eşidilirdi, yaxşı olar ki, səsi telefonla yazasız və həmin vaxt komputeri södürəsizki əlavə səslər olmasın.
    Uğurlar!

  2. Əla!!! Çoox təşəkkür edirəm bu ideaya görə sizə. Davamlı olsun. Birdə texniki məsəldə sizə kömək edə bilərəm. Səsi yazandan sonra əgər montaj lazım olsa yardım etməyə hazıram . :) Bir müddət videomontaj işləri ilə məşğul olmuşam.

  3. Üzr istəyirəm mənim bu wordpress accountlarım qarışıb bir az :)
    Mənim e-mailim: bayram.isgenderov@gmail.com
    Facebook adresim: facebook.com/bayram.isgenderov
    Twitterim: @bayram_ICE
    Skype adresimdə bayram.isgenderov -dur :) hansı ilə istəsəniz əlaqə saxlayın :)

  4. Elvir:

    bu heqiqeten cox faydalıdır.Əla işdir. Təşəkkürlər_)

  5. azizaga96:

    Təşəkkürlər. Rus dilini öyrənmək istəyənlərçün əla vasitədir :)

  6. Sarkhan:

    Ela bashlangicdir…Tebrikler

  7. Togrul:

    teshekkurler ela ideyadir.bir sonraki audioyazi ne vaxt olacaq inshallah?

  8. Tural:

    Salam. Bizim dildə «ç» səsini rusdillilər adətən səhv olaraq həddən artıq yumşaq tələffüz edir ki, bu da «ц[örəy]» qədər böyük qəbahətdir. Rus dilində «ч» bizim dildəki «ç»-dən fərqli tələffüz olunur. «Tak-şdo», əvvəl tir sonra çöp. Amma dərsliyə görə minnətdarlığımı bildirirəm.

  9. [...] verdiyim kimi ikinci dərsi başlamamışdan əvvəl ilk dərsdə ev tapşırığı kimi verdiyim çalışmalara baxacayıq, və çalışacam aydın bir [...]

  10. Araz:

    Allah razi olsun…dersler davamli olsun inshallah

  11. [...] üçüncü dərsi başlamaq istəyirəm. Ümid varam birinci və ikinci dərslərlə tanışsınız və orada verilən,göstərilən qaydaları, sözləri [...]

  12. imanov nihat:

    mene bir herf oyredenin qulu olaram,H,Eli,,,cox sagolun

  13. Rəşad Həsənov:

    Eşq olsun 18 nömrəli məktəbin Sizin kimi məzunlarına! Bu gözəl təşəbbüsünüzü və əməyinizi yüksək qiymətləndirir və uğurlar arzulayıram.

  14. damla:

    bagsliyn men audio yazini tapmadim axi

  15. Cox saqolun ki bele bir sayt yaratmisiniz eladi her shey

  16. Aferin deyirem…20 deqiqe yox 1 saatin en asan oyrenmesi:DYoxladim,amma davaminida isterem)))

  17. ZEZİ BDU:

    Suppppperrrrr.təşəkkürlər

  18. E.B.:

    salam. tewekkurler Sedef xanim, 5 ve 6-ci dersleri gormedim. varmi?

  19. videoda yukluyunde dersn nen bagli

  20. ders:

    bes ikinci ders hardan tapaq ve ya ne vaxt olacaq?/

  21. Salam Aleykum Qardas adiniz zehmet olmasa , birde dersleri ardicil olaraq hardan izleyek ?

  22. oncelikle tewekur ediremki bele bir wey duwunmusuz.bu doqurdanda yaxsi1 duwuncedi.

  23. ulker:

    teşekkür edirik

  24. Desire99:

    yaxşı bir fikirdir.öyrenmek uçun eladı ama audio-ses hardan baxaq ve 2ci ders noooldu?????

  25. elmar:

    bu gun ilk dersi dinledim,maragli alindi.haqqinizda oxuduyanda 96ci ilden oldugunuzu,tercumeci blogger kimi fealiyyet gosterdiyinizi gorende duzu teeccublendim,bu yasda birinin bele nailiyyet qazanmasi boyuk ugurdu,en azindan mene gore,belke de menim elimden bir is gelmir ya etdiklerim ve ya etmek istediklerim alinmir bilmirem amma sizin adiniza sevindim :)

  26. Deyirem bele mentiq dersleride kecseydiniz ela olardi…

  27. I-va Lala:

    bes bu dersin devami hani.?

  28. yoxdu:

    dersin davami olacaq?

  29. учениг:

    wox tewekkur dersler ucun amma men wexs evezlikleri haqda oyrenmek isteyirem ne zaman oyerneceyik

  30. учениг::

    xeyr burdan muxtelif kitablardan oyernirem

  31. sabira:

    cox saq olun,bu saita qora.tawakkur ediram

  32. murad123:

    hec ne oyredmir

  33. salam men rus dilini sifirdan oyrenmek isdeyirem anlayisim demek olarki hec yoxdu mene komek olabilersiz?

  34. salam sedef xanim nece seansa derse oyrenmek mumkundur? 7 dersden sonra bitir? tam oyrenmek mumkundur mu?

  35. lale:

    cox sagolun minnetdariq

  36. Ulkar:

    Oyrenmek isteyirem

  37. cavid:

    какой какая какое hamisi ne demekdi ama basa dusmediyim ne sualina cavab veren sozler nelerdir zehmet olmazsa sualima cavab vererdi

  38. Sara:

    oy men burani ne yaxsi tapdim xaiw edirem davamiu axiracan gelsin cox sagolun

  39. ay xanim men yazi yaza bilmirem oxuya bilirem deftersiz oyrene bilmerem?

  40. Nail:

    elave olunmu saund seslenmir

  41. mende rus dilində gündəlik söz öyrənmək istəyirəm xətirinizə dəyməsin ama mən bir şey başa düşmədim.

  42. ulker:

    Ela sayitdi.tesekkurler

  43. Salam men bele tez oyrene bilmirem isteyirem gelem yaniniza hazirlawam bele bir ayligi ne qeder odeniwli olacaq yaniniza gelsem oyrenmeye?

  44. m:

    sizce orgene bilecem?

  45. ALLAH razi olsun.halaliq ver

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Вы комментируете при помощи своего аккаунта WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Вы комментируете при помощи своего аккаунта Twitter. Выход / Изменить )

Фотография Facebook

Вы комментируете при помощи своего аккаунта Facebook. Выход / Изменить )

Google+ photo

Вы комментируете при помощи своего аккаунта Google+. Выход / Изменить )

Connecting to %s

Vaqif Mustafazadə — Soul in love.
Вечное сияние чистого разума.
Вечное сияние чистого разума. Как бы мне хотелось, подобно этим героям стереть свою память. Обо всём, ведь беспамятство есть свобода. Нет, точнее , только без прошлого человек может обрести полную свободу. Никаких обид, никакой радости, ничего, кроме сейчас и сегодня, ничего кроме этого вот момента. Не строить планы и ничего не вспоминать. Я завидую людям у которых после определенных обстоятельств в следствии побочного эффекта теряется память, а они убиваются. Человек без воспоминаний есть человек без эго. Я хочу обрести чистый разум и чтоб он вечно сиял.
Başla: Fərqli düşün!
Telegraph qəzetinin kiçik və maraqlı sujeti — bir kitabın necə «anadan olduğuna» baxaq.
Xəzini çıxar.
Hər il moda bazarı üzərindən milyonlarla heyvan öldürülür və bunun səbəbkarı bizik. Xəzdən imtina et!

Error: Please make sure the Twitter account is public.

Səssizliyə qulaq as.
Səssizliyə qulaq asın. Səssizlik səs-küydən daha çox şey deyə bilər sizə.
Oxumaq və paylaşmaq mədəniyyəti.
Mən paylaşmaq mədəniyyətindən danışırdım. İndi başa düşürəm ki, bizdə heç oxumaq mədəniyyəti yoxdur. O ki qaldı paylaşmaq. Keyfdən danışırammış. Oxumaq deyəndə, qalın-qalın yekə kitabları nəzərdə tutmuram,yox hələ o qədər böyüməmisiniz ki, bundan danışım. Mən kiçik, ola bilər ki bir az böyük yazılardan danışıram. İnformativ yazılardan. Yazı bir az böyük oldu, özünüzə əziyyət vermək istəmirsiniz. "Çox oxuma, gözlərin xarab olar" lozunqudur sizinki. Amma məsələ, internet şəbəkələrində gic-gic gülməli,əyləncəli səhifələrdən gedəndə, gözünüzə və beyninizə yazığınız gəlmir. O zibil qutusu olan televizorda bizim axmaq verlişlərə baxanda özünüzə yazığınız gəlmir.
Взрослые утверждают, что циничность удел умных людей. Быть умным не значит быть циничным. Быть умным - значит быть умным и только.
Goodreads
*
В глубине всех вер течет поток единой вечной истины.Пускай парсы носят свои таовиды , евреи свои филактерии, христиане свой крест, мусульмане свой полумесяц,но пусть все они помнят, что это только внешние знаки, но основная сущность религии-любовь к ближнему-одинаково требуется Ману, Зороастром, Буддой, Моисеем, Сократом, Гиллелем, Иисусом, Павлом, Мухамметом. (Морис Флюгель)
Отслеживать

Get every new post delivered to your Inbox.

Join 1 465 other followers

%d bloggers like this: