Yuriy əmi, bayramın mübarək! Yuriy Qaqarinin həyat yoldaşı və uşaqlarına məktubu.


Bu gün 12 apreldi. Kosmonavtika günü. Bilmirəm niyə, amma həmişə Yuriy Qaqarin mənim üçün maraqlı biri olub. Çünki, heç vaxt lazım olanından artığını danışmayıblar onun haqda. Həmişə açıq amma gizli bir şəxsiyyət olub. Elə ölümü də gizlidir.

Yuriy Qaqarin qızları ilə birgə
Yuriy Qaqarin qızları ilə birgə

7706905-R3L8T8D-600-775

Yuriy Qaqarin Fidel Kastro ilə birgə.

Yuriy Qaqarin Fidel Kastro ilə birgə.

Amma bu gün bir məqaləyə gözüm dəydi. Məqalədə Yuriy Qaqarinin ilk uçuşu etməzdən qabaq ailəsinə yazdığı məktubunu paylaşmışdılar. Düşündüm ki, tərcümə edim. Beləliklə, məktub:

» Salam, mənim əziz, çox sevimli Valeçka , Lenoçka və Qaloçka!

Sevincimi və xoşbəxtliyimi sizinlə bölüşüb, bir iki sətr yazmağa qərar verdim.

Bu gün hökümət komissiyası ilk olaraq məni kosmosa göndərməyə qərar verdi. Dəyərli Valyuşa, bilirsən necə sevincliyəm və istəyirəm ki siz də mənimlə birgə sevinəsiniz. Sadə insana belə böyük dövlət məsələsini etibar etdilər — kosmosa birinci yolu çəkmək! Bundan böyük daha nə arzu etmək olar? Axı bu — tarixdir, bu — yeni eradır! Bir gün sonra mən start etməliyəm. Bu vaxt siz öz işlərinizlə məşqul olacaqsınız. Çox böyük məsələ mənim çiyinlərimdədir. Bundan əvvəl bir az sizinlə olmaq,səninlə danışmaq istərdim. Amma çox təəssüf, siz uzaqdasınız. Buna baxmayaraq sizi həmişə öz yanımda hiss edirəm.

Texnikaya mən tamamilə inanıram. O pis vəziyyətdə qoymamalıdır. Amma axı olur ki, insan düz yerdə yıxılıb öz boynunu sındırır. Burada da nəsə baş verə bilər. Lakin,özüm buna hələ ki, inanmıram. Amma ,əgər, nəsə baş versə, sizdən- ilk öncə də səndən Valyuşa-, dərddən ölməyəsiniz. Axı həyat həyatdır, və heç kim sabah onu maşın vurmayacaq deyə sığortalanmayıb. Xahiş edirəm, bizim qızları qoru, onları mənim sevdiyim kimi sev. Onlardan zəif,anauşağı deyil də, əsl insan, həyatın çala-çuxurları onlara çətin olmayan birilərini böyüt.Yeni cəmiyyət-kommunizmə layiqli insanları böyüt. Bunda sənə hökkümət yardımçı olacaq. Və öz şəxsi həyatını vicdanının səsi ilə, özün necə düzgün bilirsən elə qur. Sənə heç bir öhdəli qoymuram, və bunu etməyə haqqım yoxdur. Nəsə çox matəmli məktub alınır. Mən özüm buna inanmıram. Ümid edirəm bu məktubu sən heç vaxt görməyəcəksən, və bu ani zəifliyə görə özüm öz qarşımda utanacağam. Amma, əgər nəsə olsa,sən her şeyi axıra qədər bilməlisən.

Mən hələ ki düzgün yaşayırdım, insanlara xeyir verməklə, hərçənd o xeyir nə qədər balaca olsa belə. Nə vaxtsa hələ uşaqlıqda V.P. Çkalovun bu sözlərini oxuyanda : «Əgər olursansa, onda ilk ol». Beləcə mən də buna çalışıram və axıra qədər çalışacam. İsəyirəm,Valeçka, bu uçuşu yeni cəmiyyətin- komunizmin insanlarına, hansına ki artıq baş vururuq, bizim Vətənə,bizim elmə həsr edim.

Ümid edirəm,bir neçə günə biz yenə bir yerdə olacağıq, xoşbəxt olacağıq.

Valeçka, xaiş edirəm, sən valideynlərimi unutma, əgər imkan olsa nədəsə kömək et. Onlara məndən çoxlu salam de,və qoy məni, bu haqda bilmədiklərinə görə, bağışlasınlar, axı onlara bunu bilmək düşmürdü. Və beləcə deyəsən demək istədiklərim bitdi. Görüşənədək, mənim əzizlərim. Bərk-bərk sizi qucaqlayıb öpürəm, sizin atanız və Yura. 10.04.61-ci il. Qaqarin.»

Qeyd edim ki, Valentina İvanova bu məktubu 7 il sonra-  27 mart 1968 ildə ,ərinin aviaqəzada ölümündən sonra oxuyub.

Реклама
Детали

Человек, который пытается стать человеком.

Tagged with: , ,
Опубликовано в Azərbaycan ( Азербайджан ), Статьи, Qarışıq (Разные)
5 comments on “Yuriy əmi, bayramın mübarək! Yuriy Qaqarinin həyat yoldaşı və uşaqlarına məktubu.
  1. Null:

    Vanqanin sozune qulaq assaq Yuri sagdir.

  2. hazal:

    çox sağolun amma kədərlidir

  3. Yo!

    The key insight from a week of gobsmacking revelations is not that the Russia scandal may finally http://lardenoit.topsoftxe.be/makeup/speakerx.php?1514

    Regards, Jeanette Hinkle

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

%d такие блоггеры, как: