Rassel ilə Eynşteynin manifesti, 1955-ci il.


Bu gün sizə Rassel ilə Eynşteynin manifesti haqda yazmaq istəyirəm. Bu Manifesti Rassel Bertran Hirosima və Naqasakidə baş verənlərdən sonra təsirlənərək yazır. Və beləcə o zaman  dünyada baş verən özbaşnalıqlar ilə mübarizəyə başlayır. İlk öncə qeyd edim ki, Rassel bu manifesti yazdıqdan sonra bir-bir bütün alimlərə onu imzalamaq xahişi ilə göndərir, lakin bir çox alimlər heç onun məktubuna cavab belə vermirlər. Eynşteyn isə imzalayır. Eynşteynnən sonra da bir neçə alim imzalayır. Bu manifest bir çox şeylərə kömək oldu. Və yeni müharibənin başlamamasına kömək oldu. Beləliklə sizə tərcümə etdiyim manifesti təqdim edirəm:

Lord Bertran Rassel, Rassel ilə Eynşteynin manifestini elan edir. London, 9 iyul 1955-ci il.

Lord Bertran Rassel, Rassel ilə Eynşteynin manifestini elan edir. London, 9 iyul 1955-ci il.

Biz hesab edirik ki,bəşəriyyətin üz-üzə gəldiyi o faciəli vəziyyətdə, alimlər kütləvi məhvetmə silahının hazırlanması nəticəsində yaranan təhlükəni qiymətləndirmək üçün  konfransa toplaşmalıdır və qoyulan layihənin üslubunda qətnamə qəbul etməlidir.

İndiki halda biz bu və ya digər xalqın , qitənin və ya dinin nümayəndələri kimi yox, sonrakı mövcudluğu şübhə altında olan insan növünün (nəsilinin) nümayəndələri kimi çıxış edirik. Dünya münaqişələr ilə doludur; və bütün ikinci dərəcəli münaqişələr kommunizmin və antikommunizmin titanik münaqişəsi qarşısında geri çəkilir.

Demək olar ki, siyasi vəziyyəti kəskin hiss edən hər bir insan, bu və ya digər problemə simpatiya və ya antipatiya duyur; amma biz istəyirik ki, siz, əgər bu mümkündürsə, bu hisləri qırağa qoyasınız və yalnız inkişafın çox gözəl tarixinə malik olan bir bioloji növün nümayəndələri kimi özünüzə baxasınız, hansının ki, yox olmasını bizdən heç kəs arzu edə bilməz.

Biz bu haqda elə deməyə çalışmalıyıq ki, heç bir düşərgə bizi qərəzlikdə ittiham edə bilməsin. Hamı (hər şey), istisnasız, təhlükə qarşısındadır və, əgər bu təhlükə dərk ediləcəksə, birgə səylər nəticəsində onun qarşısını almaq ümidi var.

Biz yeni üsulda düşünməyi öyrənməliyik. Biz məxsus olduğumuz düşərgənin hərbi qələbəsi üçün hansı addımların edilməsi haqda düşünməməliyik, çünki belə addımlar artıq mövcud deyil; biz özümüzə növbəti sualı verməliyik: nəticəsi bütün iştirakçılar üçün faciəvi olacaq mübarizənin xəbərdarlığını etmək üçün hansı addımlar atılmalıdır?

İctimaiyyət və hətta bir çox dövlət xadimləri nüvə müharibəsində təhlükə altına nəyin qoyulacağını anlamırlar.  İctimaiyyət hələ də ona şəhərlərin məhv edilməsi vasitəsi kimi baxır. Hamı yaxşı bilir ki, köhnəylə müqayisədə yeni bombalar daha çox güclüdür və o vaxt ki bir atom bombası Xirosimanı məhv edə bildi, bir hidrogen bombası isə London, Nyu-York və Moskva kimi ən böyük şəhərləri Yer üzündən silmək üçün kifayyət edər.

Şübhəsiz ki, müharibədə hidrogen bombalarının tətbiqiylə böyük şəhərlər Yer üzündən süpürüləcək. Amma bu hələ rastlaşmaq məcburiyyətində olacağımız ən böyük qəza deyil. Əgər London, Nyu-York və Moskva sakinləri həlak olsaydılar, bəşəriyyət bir neçə yüzillik ərzində bu zərbədən sağala bilərdi. Amma indi biz bilirik, xüsusilə Bikinidə sınaqlardan sonra ki, nüvə bombaları güman edildiyindən daha geniş ərazilərə ölümü və dağıtmanı tədricən gətirə bilər.

Biz nüfuz ilə bildiririk ki,indi Xirosimanı məhv edən bombadan 2500 dəfə daha güclü bomba hazırlana bilər. Belə bomba, əgər o yer üstündə və ya suyun altında partladılacaqsa, atmosferin üst qatlarına radioaktiv hissəcikləri yollayır. Onlar tədricən düşürlər və Yer kürəsinin üzərinə öldürücü radioaktiv toz və ya yağış şəklində çatırlar. Məhz belə toz yapon balıqçılarının və onların balıq ovunun yoluxmasına gətirib çıxardı.

Belə öldürücü radioaktiv hissəciklərin nə qədər uzağa yayıla biləcəyini heç kim bilmir. Amma ən böyük mütəxəssislər həmrəyliklə iddia edirlər ki, hidrogen bombaların tətbiqiylə müharibə bəşəriyyəti tamamilə məhv edə bilər. Ehtiyat etmək olar ki, böyük miqdarda hidrogen bombadan istifadə halında, ümumi həlak olma baş verəcək − yalnız az miqyasda əhali üçün qəfildən,lakin əksəriyyət üçün − yavaş və əzablı.

Hərbi strategiya sahəsində bir çox görkəmli və nüfuzlu alimlər bir neçə dəfə təhlükə haqqında xəbərdarlıq etmişdilər. Onlardan heç biri tələfedici nəticələrin qaçılmaz olduğunu deməyəcək. Onlar hesab edirlər ki, qəza tamamilə mümkündür və heç kəs  əmin ola bilməz ki, ondan qaçmaq olar. Biz ondan əmin olduq ki, bu problemə mütəxəssislərin nöqteyi-nəzəri onların siyasi baxışlarından hər hansı dərəcədə asılı deyil. Bizim tədqiqatlarımızın göstərdiyi kimi, o yalnız mütəxəsislərin biliklərinin nəticəsindən asılıdır. Biz təyin etdik ki, lap çox bilən insanlar daha pessimistik baxışları ifadə edirlər.

Ona görə də bizim sizin qarşınıza qoyduğumuz sual budur, — sərt , dəhşətli və qaçılmaz sual: biz insan növünü(nəslini) məhv etməliyikmi, yoxsa bəşəriyyət müharibələrdən imtina edəcək?   İnsanlar belə alternativlə rastlaşmaq istəmirlər, çünki müharibənin kökünü kəsmək çox çətindir.

Müharibənin kökünün kəsilməsi milli qürur hissinə zidd olan, milli müstəqilliyin məhdudiyyəti üzrə ölçüləri tələb edəcək . Ancaq ən çox vəziyyətin qiymətləndirilməsinə mane olan şey, dumanlı və abstrakt görünən «bəşəriyyət» anlayışıdır. İnsanlar təkcə mücərrəd qəbul edilən «bəşəriyyət» anlayışının deyil, həm də onların özlərinin, uşaqlarının,nəvələrinin təhlükə altında olduğunu güclə anlayırlar. Onlar özlərini dərk etməyə məcbur edə bilmirlər ki, onların özlərinə və yaxınlarına qaçılmaz təhlükə əzablı ölüm təhlükəsi ilə hədələyir. Və buna görə insanlar güman edirlər ki, müharibələr, çox güman, müasir silahların qadağan olunması şərti ilə davam edə bilərlər.

Bu xəyali ümiddir. Hidrogen bombaların istifadəsinin qadağan olunmasına hansısa sülh vaxtında imzalan razılaşmalar ilə nail olunsa belə, onları müharibə dövründə vacib hesab etməyəcəklər. Və hər iki tərəf müharibə qopan kimi dərhal hidrogen bombaların istehsalına başlayacaq, çünki, əgər bir tərəf hidrogen bombaları hazırlamağa başlayacaqsa, və başqası etməyəcəksə, onda hidrogen bombalara malik olan tərəf mütləq qalib olacaq.

Hərçənd nüvə silahının qadağası haqqında olan heç bir razılaşma , ümumi ixtisarın bir hissəsi kimi qəti qərar verməsə də, onlar bununla əhəmiyyətli hədəflərin nailiyyəti üçün xidmət edə bilərdilər.  Birincisi, Şərqin və Qərbin arasında istənilən razılaşma nə qədər ki, o gərginliyin azaldılmasına yönəldilmişdir faydalıdır. İkincisi, istilik nüvə silahının qadağası, əgər tərəflərdən hər biri hesab edəcəksə ki, başqası öhdəliyi düz yerinə yetirmək niyyətindədir, Pearl Harbor-un üslubunda gözlənilməz hücumu qarşısında qorxunun azaldılmasına gətirib çıxarardı, hansı ki, hal-hazırda hər iki tərəfi əsəbi gərginlik vəziyyətində saxlayır. Beləliklə, biz belə razılaşmanı yalnız ilk addım kimi salamlamalıyıq.

Biz hamımız öz hislərimizdə qərəzliyik. Ancaq, insanlar kimi, biz onu xatırlamalıyıq ki, Şərqin və Qərbin arasında fikir ayrılıqları yalnız beləliklə həll edilməlidir ki, mümkün təmin olunmanı (məmnunluğu) hamıya verilsin: kommunistlərə və ya antikommunistlərə, asiyalılara, avropalılara və ya amerikalılara, ağlara və qaralara. Bu fikir ayrılıqları silahın gücüylə həll edilməməlidir. Biz çox istəyirik ki, bunu həm Şərqdə, həm də Qərbdə anlasınlar.

Bizdən qarşımızda fasiləsiz irəliləmə, xoşbəxtlik, bilik və müdriklik yolu uzanır. Biz yalnız davalarımızı unuda bilmədiyimizə görəmi bunun yerinə ölümü seçək? Biz insanlara insanlar kimi müraciət edirik: onu xatırlayın ki, siz bəşəriyyətə aidsiniz və bütünü qalanı unudun. Əgər siz bunu edə biləcəksinizsə, onda sizdən qarşınızda yeni cənnətə yol açılmışdır; əgər siz bunu etməyəcəksinizsə, onda − sizin qarşınızda ümumi həlak olmanın təhlükəsi var.

QƏTNAMƏ:

Biz bu konqressi və onun vasitəsilə bütün dünyanın alimlərini və dünya ictimaiyyətini növbəti qətnamənin altında imza atmağa çağırırıq:

«Növbəti dünya müharibəsində nüvə silahı hökmən istifadə ediləcəyinə görə və bir halda ki bu silah bəşəriyyətin mövcudluğunu hədələyir , biz təkid edirik ki, bütün ölkələrin hökümətləri dövlətlər arasında mübahisələr dünya müharibəsinin açılması nəticəsində həll oluna bilməyəcəyini anlasınlar və bunu açıq bildirsinlər. Biz tələb edirik ki, bütün mübahisələri məsələləri icazəsinin sülh vasitələrini tapsınlar».

Albert Eynşteyn

Professor Maks Born

Professor Leopold İnfeld

Professor Frederik Jolio-Kyuri

Professor German Meller

Preofessor Laynus Pollinq

Professor Sessil Pauell

Professor  Cozef Rotblat

Lord Bretran Rassel

Professor Xideki  Yukava.

Bu qədər. Gələn yazılarda çalışacam Paquoş Hərəkatı haqda informasiya verim ki, hər şey daha aydın olsun.

Реклама
Детали

Человек, который пытается стать человеком.

Tagged with: , , , , , , , , , , , ,
Опубликовано в Cızmaqaralar ( Записи), Статьи, Qarışıq (Разные)
2 comments on “Rassel ilə Eynşteynin manifesti, 1955-ci il.
  1. Asif:

    Bu gün dünya üçün ən böyük təhlükə nüvə silahlarının radikal,vəhşi,bütün bəşəriyyətə kafir kimi baxan idlamçıların əlinə keçmədi olardı.Həqiqətən elm adamlarının dediyi kimi insan növü məhv olacaq İŞİD güclənsə…

  2. Salam:

    İŞİD Islam deyil!! o terrorcularin dinle,Islamla qetiyyen elaqeleri yoxdur,o qruplawmalar ele Islam duwmenleri terefinden yaradilib,muselmanin qanini oz ellerine bulawdirmadan tokmek isteyenler ISID-i yaratdilar..ISID ozu tek hec ne ede bilmez,onlara destek olanlar,silah verenler,telim kecenler Var….

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

%d такие блоггеры, как: