Sovet İttifaqının ən yaxşı fotojurnalisti İqor Qavrilov.


40 ildən çox «Огонёк», «TİME»  və almaniyanın «FOCUS»-u   üçün çəkən Sovet İttifaqının və Rusiyanın ən yaxşı fotojurnalistinin şəkilləri haqda olacaq bu məqalə.

İqor Qavrilov Sovet fotojurnalistikasının canlı əfsanəsidir. Onun şəkilləri həqiqətən də heyrətamizdir. Hər bir işi — gizlədilməyən,əksinə qəflətən yaxalanan bir həyatdır. Fotoqrafın bəzi şəkilləri öz vaxtında yayımlanmayıb.

İqorun əsas janrı- analitik reportajdır. İşinin əsas məqsədi həqiqəti çəkmək idi. Buna görə o bütün Rusiyanı gəzib, 50-yə yaxın başqa ölkələrdə olub və ən əsas da bütün qaynar nöqtələrdə. Məsələn partlayış olandan sonra o Çernobldakı reaktorun üstündən uçuş edib.

Fotoqrafın bir şəkilləri bir çox tanınmış dünya nəşrlərində çıxıb:  Paris Matsh, Le photo, Stern, Spiegel, Independent, Elle, Рlayboy  və başqaları.

İndi isə fotoqrafın öz dili ilə onun şəkillərini təqdim edirəm:

Kommunal ev

Kommunal ev

80-ci illərin sonu, 90-cı illərin əvvəli. Kommunal ev. «Mosfilm»də dekorasiya kimi, bir həyat təsvir etmək üçün tikilən müvəqqəti divarla bənzəyir. Lakin bu tamamilə real mənzildir.

Məndən kommunal evlər haqda şəkillər çəkməyi xahiş etmişdilər. Mən təkcə bu mənzildə olmadım, həm də bütün tanışlarımın bildiyi və ya , tanıdığı kommunal evdə yaşayan tanışlarının evlərində də oldum. Amma bu mənzil məni tamamilə təəcübləndirdi. Kadrda bir ailənin böyük otağıdır. Orada küncdə ana oturub, bizim aşağımızda onun qızı — olduqca gözəldir. Onlar sadəcə bu böyük otağı bir-birindən necəsə ayrılmaq üçün, faner arakəsməsiylə arasını kəsiblər. Amma tavana qədər yox,  ortaya qədər arasını kəsiblər və buna görə də bu arakəsməyə çatmaq, və oradan belə bir kadr etmək mümkün idi.

Dövrün simvolu

Dövrün simvolu

İnsan mağazaya gəlirdi və tamamilə boş piştaxtalar görürdü. Bununla biz kifayət qədər çox qarşılaşmışıq. Bu 90-ların və ya, 89-ların əvvəlidir.

Harda idin?..

Harda idin?..

Ən bədbəxt taleylə kadr. Mən onu Qərbi Ukraynada çəkmişəm, İvano-Frankovsk şəhərində. O günlərdə ora sosdüşərgədən kifayət böyük miqdarda əcnəbi yığışmişdı. Mən mehmanxanadan mətbuat mərkəzinə gedirdim və avtobus dayanacağında belə səhnəni gördüm.  Mənim üstümə bir hərbçi hücum etdi, bütün İvano-Frankovska qışqırmağa başladı ki, mən sovet həyat tərzini ləkələyirəm, niyə mən əlilləri çəkirəm, haradan mən gəlmişəm. «Oqonyok»-da kadrı çap etmədilər, və hara mən onu təklif edərdimsə, heç yerdə onu qəbul etmirdilər.  «Sovet fotosu» jurnalının baş redaktoru şəxsən öz əlləri ilə bu kadrı üç dəfə «İnterpress-foto», «World Press Photo» fotoyarışlarına göndərilən şəkillərin içərisindən çıxarıb. Yenidən qurmanın küləkləri əsdi. «Sovet fotosu»-nda Moskva fotomüxbirlərinin tam dolu redaksiya zalı toplaşdı, müzakirə obyekti jurnalı necə müasirləşdirmək haqda idi. Mən  «Sadəcə belə şəkillər çap edin» deyərək bu şəkili çantamdan çıxartdım.  Və cavab olaraq «İqor , bəs əvvələr sən harda idin? Niyə bu cür kadrları «Sovet fotosu»-na gətirmirdin?» aldım.

Tənha , lakin müdrik.

Tənha , lakin müdrik.

Bu Qələbə Günündür. 76-77-ci illərdir. Fikrimcə, bunların içərisində ən müdrükü ortada dayanandır, o işlə məşquldur: pivə içir, buterbrod yeyir. Obirilərin isə nə ilə məşqul olacağı bəlli deyil.

Ermənistanda zəlzələ

Ermənistanda zəlzələ

Tapılan və tanınmağı bacarılan insanların siyahısı. Siyahı süsədən asılıb və insanlar hər dəfə yaxınlaşıb oxuyurlar.

238002_big_photo

Tikiş fabrikinin baş mühəndisi.  2,5 saat onu dağıdılmış fabrikin uçqunlarından çıxarıblar, bütün bu vaxt ərzində mən dik duran tirdə yellənən lövhənin altında dururdum. Aydın ki, iki saat yarım ərzində mən bir çox şəkilləri çəkə bilərdim, amma hansısa bir güc məni bu təhlükəli yerdə saxlayırdı. Öz mövqeyimdən çəkə bildiyim üç-dörd kadr. Heçnə çəkməyə bilərdim.  Amma bu seriyadan  çəkdiklərimin içində ən yaxşı kadrdır. Bax kim mənə kömək etdi?  Mən düşünürəm ki, O. Bəli, ola da bilər ki, sadəcə hər şey belə alındı. Mən Moskvaya gəldikdə «Oqonek»-a bu şəkilləri gətirdim, qəbul etmədilər. Mənim  üçün bu çox ağrılı idi. Və mən bu şəkilləri «Time»-a göndərdim. «Time» bu şəkilləri yayımladı və onlar mənə bu şəkillərə görə ilin ən yaxşı müxbiri nominasiyasına layiq gördülər.

Vısotskinin dəfni

Vısotskinin dəfni

Vladimir Vısotskinin dəfni. Mən teatrda tabutun yanında iki saat dayandım, edə bilmirdim. Ekspozisiyayla səhv etdim,amma sahəyə çıxanda,hər şeyi gördüm. Və yalnız indi,bu ildə, mən anladım ki, əslində Vısotskinin dəfnləri – Sovet İttifaqında birinci icazə olunmamış mitinq idi. O hakimiyyətin birinci ümumxalq itaətsizliyi, o vaxt ki, insanlar gəldilər – heç kəs onları çağırmırdı, heç kəs onları qovmurdu,7 noyabrda və ya 1 mayın nümayişində olduğu kimi, — lakin onlar gəldilər.

Hədsiz azad

Hədsiz azad

Altufyevski şosesində Moskvada xüsusi qəbul edici. Mən orada bir neçə dəfə və hər dəfə böyük maraqla çəkmişəm.  Nə deyim? Ağrı yox idi, amma uşaqlara yazığım gəlirdi. Oraya evdən qaçmış, küçələrdə , vağzallarda tapılmış uşaqları yığırdılar.  Bax bu oğlanı, qırxanda, ondan bitlər üç metr oyana tökülürdü. Mən güclə yayına bilirdim.

237882_big_photo

Tullantısız istehsal

Moskva, 70-ci illər. Allahsız döngə. Bax o pəncərənin qarşısında, insanlar gölməçədə etiketlərdən indi yuyulmuş qab-qacağı verirlər «Mineral sular» mağazasına.

Uşaqlar qəfəslərdə

Uşaqlar qəfəslərdə

«Oqonyok»-da yayımlanan bu tipdə ilk şəkil. Bura həddi-buluğa çatmamış cinayətkarlar üçün koloniyadır. Dörd gün ərzində mənə kifayət qədər çox şöhrətlər və çox medal gətirən, material çəkdim. ingilis dilində Independent Magazine-ində, və bir çox kitablarda dərc edilmişdi.  Onda rəqəmsal kamera yox idi, mən ekranda kölgənin düz düşüb düşmədiyinə  baxa bilmirdim. Və mən məhz bu kölgəni istəyirdim.  Bu karserdə oturan oğlan mənə baxır, hərçənd mən heç ondan bunu etməyi xahiş etmirdim.

Реклама
Детали

Человек, который пытается стать человеком.

Tagged with: , , ,
Опубликовано в Статьи, Фотографы ( Fotoqraflar), Qarışıq (Разные)
One comment on “Sovet İttifaqının ən yaxşı fotojurnalisti İqor Qavrilov.
  1. Asif:

    Ən xoşuma gələn Ermənistandakı zəlzələ oldu.

Добавить комментарий

Заполните поля или щелкните по значку, чтобы оставить свой комментарий:

Логотип WordPress.com

Для комментария используется ваша учётная запись WordPress.com. Выход / Изменить )

Фотография Twitter

Для комментария используется ваша учётная запись Twitter. Выход / Изменить )

Фотография Facebook

Для комментария используется ваша учётная запись Facebook. Выход / Изменить )

Google+ photo

Для комментария используется ваша учётная запись Google+. Выход / Изменить )

Connecting to %s

%d такие блоггеры, как: