Sovet İttifaqının ən yaxşı fotojurnalisti İqor Qavrilov.


40 ildən çox «Огонёк», «TİME»  və almaniyanın «FOCUS»-u   üçün çəkən Sovet İttifaqının və Rusiyanın ən yaxşı fotojurnalistinin şəkilləri haqda olacaq bu məqalə.

İqor Qavrilov Sovet fotojurnalistikasının canlı əfsanəsidir. Onun şəkilləri həqiqətən də heyrətamizdir. Hər bir işi — gizlədilməyən,əksinə qəflətən yaxalanan bir həyatdır. Fotoqrafın bəzi şəkilləri öz vaxtında yayımlanmayıb.

İqorun əsas janrı- analitik reportajdır. İşinin əsas məqsədi həqiqəti çəkmək idi. Buna görə o bütün Rusiyanı gəzib, 50-yə yaxın başqa ölkələrdə olub və ən əsas da bütün qaynar nöqtələrdə. Məsələn partlayış olandan sonra o Çernobldakı reaktorun üstündən uçuş edib.

Fotoqrafın bir şəkilləri bir çox tanınmış dünya nəşrlərində çıxıb:  Paris Matsh, Le photo, Stern, Spiegel, Independent, Elle, Рlayboy  və başqaları.

İndi isə fotoqrafın öz dili ilə onun şəkillərini təqdim edirəm:

Kommunal ev

Kommunal ev

80-ci illərin sonu, 90-cı illərin əvvəli. Kommunal ev. «Mosfilm»də dekorasiya kimi, bir həyat təsvir etmək üçün tikilən müvəqqəti divarla bənzəyir. Lakin bu tamamilə real mənzildir.

Məndən kommunal evlər haqda şəkillər çəkməyi xahiş etmişdilər. Mən təkcə bu mənzildə olmadım, həm də bütün tanışlarımın bildiyi və ya , tanıdığı kommunal evdə yaşayan tanışlarının evlərində də oldum. Amma bu mənzil məni tamamilə təəcübləndirdi. Kadrda bir ailənin böyük otağıdır. Orada küncdə ana oturub, bizim aşağımızda onun qızı — olduqca gözəldir. Onlar sadəcə bu böyük otağı bir-birindən necəsə ayrılmaq üçün, faner arakəsməsiylə arasını kəsiblər. Amma tavana qədər yox,  ortaya qədər arasını kəsiblər və buna görə də bu arakəsməyə çatmaq, və oradan belə bir kadr etmək mümkün idi.

Dövrün simvolu

Dövrün simvolu

Read more ›

Tagged with: , , ,
Опубликовано в Статьи, Фотографы ( Fotoqraflar), Qarışıq (Разные)

Rassel ilə Eynşteynin manifesti, 1955-ci il.


Bu gün sizə Rassel ilə Eynşteynin manifesti haqda yazmaq istəyirəm. Bu Manifesti Rassel Bertran Hirosima və Naqasakidə baş verənlərdən sonra təsirlənərək yazır. Və beləcə o zaman  dünyada baş verən özbaşnalıqlar ilə mübarizəyə başlayır. İlk öncə qeyd edim ki, Rassel bu manifesti yazdıqdan sonra bir-bir bütün alimlərə onu imzalamaq xahişi ilə göndərir, lakin bir çox alimlər heç onun məktubuna cavab belə vermirlər. Eynşteyn isə imzalayır. Eynşteynnən sonra da bir neçə alim imzalayır. Bu manifest bir çox şeylərə kömək oldu. Və yeni müharibənin başlamamasına kömək oldu. Beləliklə sizə tərcümə etdiyim manifesti təqdim edirəm:

Lord Bertran Rassel, Rassel ilə Eynşteynin manifestini elan edir. London, 9 iyul 1955-ci il.

Lord Bertran Rassel, Rassel ilə Eynşteynin manifestini elan edir. London, 9 iyul 1955-ci il.

Biz hesab edirik ki,bəşəriyyətin üz-üzə gəldiyi o faciəli vəziyyətdə, alimlər kütləvi məhvetmə silahının hazırlanması nəticəsində yaranan təhlükəni qiymətləndirmək üçün  konfransa toplaşmalıdır və qoyulan layihənin üslubunda qətnamə qəbul etməlidir.

İndiki halda biz bu və ya digər xalqın , qitənin və ya dinin nümayəndələri kimi yox, sonrakı mövcudluğu şübhə altında olan insan növünün (nəsilinin) nümayəndələri kimi çıxış edirik. Dünya münaqişələr ilə doludur; və bütün ikinci dərəcəli münaqişələr kommunizmin və antikommunizmin titanik münaqişəsi qarşısında geri çəkilir.

Demək olar ki, siyasi vəziyyəti kəskin hiss edən hər bir insan, bu və ya digər problemə simpatiya və ya antipatiya duyur; amma biz istəyirik ki, siz, əgər bu mümkündürsə, bu hisləri qırağa qoyasınız və yalnız inkişafın çox gözəl tarixinə malik olan bir bioloji növün nümayəndələri kimi özünüzə baxasınız, hansının ki, yox olmasını bizdən heç kəs arzu edə bilməz. Read more ›

Tagged with: , , , , , , , , , , , ,
Опубликовано в Cızmaqaralar ( Записи), Статьи, Qarışıq (Разные)

Sovet National Geographic-in gözü ilə.


National Geographic-də işləyən Din Konqer SSSR-sına otuz dəfədən çox gəlib. Hər dəfə o sadə insanların həyatını çəkmək istəyirdi.

Beləliklə sizə şəkilləri təqdim edirəm:

57-303

«Balaca Murmansk sakini salamlaşmaq üçün ehtiyyatla öz əlini xariciyə uzadır»

"Teploxodun göyərtəsində bələdçilərdən biri qıza tvist oynamağı öyrədir"

«Teploxodun göyərtəsində bələdçilərdən biri qıza tvist oynamağı öyrədir»

"Moskva- Vladivostok qatarının sərnişinləri kart oynamaqla vaxt keçirirlər.Qatar 7.5 gün gedir".

«Moskva- Vladivostok qatarının sərnişinləri kart oynamaqla vaxt keçirirlər.Qatar 7.5 gün gedir».

Read more ›

Tagged with: , , , , ,
Опубликовано в Статьи, Фотографы ( Fotoqraflar), Qarışıq (Разные)

Yuriy əmi, bayramın mübarək! Yuriy Qaqarinin həyat yoldaşı və uşaqlarına məktubu.


Bu gün 12 apreldi. Kosmonavtika günü. Bilmirəm niyə, amma həmişə Yuriy Qaqarin mənim üçün maraqlı biri olub. Çünki, heç vaxt lazım olanından artığını danışmayıblar onun haqda. Həmişə açıq amma gizli bir şəxsiyyət olub. Elə ölümü də gizlidir.

Yuriy Qaqarin qızları ilə birgə
Yuriy Qaqarin qızları ilə birgə

7706905-R3L8T8D-600-775

Yuriy Qaqarin Fidel Kastro ilə birgə.

Yuriy Qaqarin Fidel Kastro ilə birgə.

Amma bu gün bir məqaləyə gözüm dəydi. Məqalədə Yuriy Qaqarinin ilk uçuşu etməzdən qabaq ailəsinə yazdığı məktubunu paylaşmışdılar. Düşündüm ki, tərcümə edim. Beləliklə, məktub:

» Salam, mənim əziz, çox sevimli Valeçka , Lenoçka və Qaloçka!

Sevincimi və xoşbəxtliyimi sizinlə bölüşüb, bir iki sətr yazmağa qərar verdim. Read more ›

Tagged with: , ,
Опубликовано в Azərbaycan ( Азербайджан ), Статьи, Qarışıq (Разные)