Charley ATL.


Bu gün bir qrupla yaxından tanış oldum. Əvvəl onlar haqda eşitsəm də, fəaliyyətləri ilə tanış deyildim.  Qrupun adı «Charley ATL»-dı. Sağ olsun bir dostum (İlqar Abbas ) bir mətni tərcümə etməyimi istədi, mətn onlar haqda idi. Bu da tərcümə etdiyim mətn:

Azərbaycan rok-qrupu “Charley ATL” 1987-ci ildə yaranıb və yaradıcılıq dövrü boyu proqressiv art-rok janrında ifa edən qrup olub.
Qrup öz yaradıcılığında King Krimson , Gentle Giant, Rush, Frank Zappa və başqaları kimi belə artistlərin təsirini hiss etdi. Bundan başqa, “Charley ATL” Azərbaycanda, heç nə ilə müqayisə olunmayan, öz ciddi poetik stilini hazırlayan ilk rok-qrupa çevrildi. Çalğı aləti kimi qrup öz musiqilərində «Tar» alətindən də istifadə etmişdi. Təəssüf ki, qrup yalnız bir albom buraxdı, “Hind kinosunun qurbanlarına həsr olunur..” (1990)
Bu alboma “Şah İsmayıl”, “Körpə”, “Energy”, “Anqola camaatı”, “Sakitlik-məhəbbət”, “Good morning children”, “Nara-Nara”, “Freyd dünyası” və başqa mahnılar daxil idi. 1991-ci ildə qrupun («Naxış» Vahidi Mustafayev) keçmiş iştirakçılarından biri Zaqafqaziyada ANS adlı ilk müstəqil teleradio şirkətini əsasını qoydu. Qrupun demək olar ki, bütün musiqiçiləri studiyanın işçisi oldular. Studiya 1994-cü ildən 1998-ci ilə qədər səsyazma studiyalarının arasında lokal bazarda lider idi. Taleyin ironiyası ilə, qrup bu illərdə son vaxtlarını yaşayırdı. 1995-ci ildə «Charley ATL» qrupu öz yaradıcılıq mövcudluğunu bitirdi.

Tərkib:

Gündüz Bakılı (Süleymanov) — (Vokal-ritm-gitara)
Stas Kalaşnikov- bas gitara
İskəndər Ələskərov – zərb alətləri.
Pavel Bulakov- proqramlaşdırma, klavişlər.
Genadiy Kasımov- zərb alətləri
Eduard Ten- gitara (1994-cü ildə faciəvi həlak olub)
Andron- bas
Vahid “Naxış” Mustafayev- saksofon
Rafiq Vəlimetov- gitara
Vadim “Styopa” Koçerev- saksofon.

Bu mahnılarına qulaq asdıqdan sonra isə, düşündüm ki, Salvador Dali onları bəyənərdi. Musiqilərində açıq aydın dadaistlik var 🙂

Qrup haqda daha çox məlumat almaq üçün səhifəni bəyənə bilərsiniz : https://www.facebook.com/Charley.ATL

Детали

Человек, который пытается стать человеком.

Tagged with: , , , ,
Опубликовано в Azərbaycan ( Азербайджан ), Статьи, Qarışıq (Разные)
5 comments on “Charley ATL.
  1. yaHya:

    ‘Pavel Bulak’ is the correct name, not the ‘Bulakov’

Оставьте комментарий